
Dağlıq Qarabağ "prezidenti” olmağa iddia edən keçmiş səhra komandirinin bu açıqlaması sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
Politoloq Styopa Səfəryan özünün Facebook səhifəsində Babayanın dediklərini belə şərh edib: "Xatırlayırsınızmı, 2016-cı ildə Moskvadan qayıdan kimi Samvel Babayan 4 günlük aprel müharibəsini necə şərh etmişdi?...Baş verənləri müharibə yox, diversiya adlandırmışdı. Bu da hücm edən tərəfdən "məsuliyyətin götürülməsi” demək idi, çünki diversiyaya görə beynəlxalq məsuliyyət yoxdur, amma müharibəyə görə var... İndi Babayan deyir ki, Qarabağ Rusiyanın mandatı altına keçməlidir...Rusiyada 2008-ci ildə işlənib hazırlanan, 2012-2013-cü illərdə konseptual olaraq təqdim edilən proqram əsasında. Həmin proqramın mahiyyətinə görə Abxaziyada, Cənubi Osetiyada və Dnestryanı bölgədə olduğu kimi Dağlıq Qarabağda da Rusiyanın hərbi iştirakı olmalıdır. Bu yeganə məqamdır ki, hətta Serj Sərkisyan da ona müqavimət göstərib, aprel müharibəsi və Belarus prezidenti Lukaşenko da buna şahiddir...”