"Qarabağın "status"u Azərbaycandan kənarda müəyyən edilməlidir" - Babayan ÇƏRƏNLƏDİ

"Azərbaycanın tərkibində Qarabağ ermənilərinin təhlükəsizliyi təmin edilə bilməz”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun "keçmiş xarici işlər naziri” David Babayan "Nver Mnatsakanyanla bir gün” proqramında deyib.

O, Qarabağı Tayvan ilə müqayisə edib.

"Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları Azərbaycanın tərkibində təmin oluna bilməz.

Ermənilər Azərbaycanın tərkib hissəsi kimi etnik təmizləməyə məruz qala bilərlər. Ona görə də yalnız Qarabağın "status”unun Azərbaycandan kənarda müəyyən edilməsi variantlarına baxılmalıdır”, – deyə Babayan çərənləyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az