Qasım Süleymaninin yaxın dostu iranlı KOMANDAN öldürüldü

 Qasım Süleymaninin yaxın dostu iranlı KOMANDAN öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından Asqar Paşapor Suriyada həlak olub.

Bu barədə İranın dövlət televiziyasının internet səhifəsi ordudakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, komandan müxalifət qüvvələri ilə döyüş zamanı həlak olub. İranlı komandanın İdlib yaxınlığında gedən döyüşlər zamanı öldüyü güman edilir. Bildirilir ki, Asqar Paşapor ABŞ ordusu tərəfindən Bağdadda öldürülən "Qüds” qüvvələri komandanı Qasım Süleymani ilə yaxın dost olub.

Qeyd edək ki, bu günə qədər İran ordusunun Suriyada 2400 itki verdiyi irəli sürülür./Publika.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az