Qazaxıstanda etnik münaqişədə ölənlərin sayı 10-a çatdı
Qazaxıstanın Cambul vilayətinin Korday rayonunda baş verənlər nəticəsində ölənlərin sayı on nəfərə çatıb.
Miq.Az xəbər verir ki, bu haqda Qazaxıstanın "Xabar 24" televiziya kanalı məlumat verib.
Respublika Səhiyyə Nazirliyi rəhbərinin müavini Kamalcan Nadirovun sözlərinə görə, şənbə günü 37 nəfər tibb müəssisələrində olub.
Bazar günü dövlət başçısı Qasımcomərd Tokayev 8 fevral gecəsi iğtişaşların yaşandığı Korday bölgəsində vəziyyətin sabitləşdiyini bildirib.
Miq.Az