Qazimiz icra başçısının qəbulundan çıxıb, intihara cəhd etdi - Vəziyyəti ağırdır

Qazimiz icra başçısının qəbulundan çıxıb, intihara cəhd etdi - Vəziyyəti ağırdır
İsmayıllı rayonunda intihara cəhd hadisəsi olub.


Miq.az Unikal-a istinadən xəbər verir kibu gün saat 14:30 radələrində rayonun Qubaxəlilli kənd sakini, 1997-ci il təvəllüdlü Mirzəyev Röyal Müşfiq oğlu İsmayıllı rayon İcra Hakimiyyətinin qabağında üzərinə benzin tökərək özünü yandırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Röyal Mirzəyev rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə hazırda Bakıya yola salınır.

Məlumata görə, 44 günlük Vətən Müharibəsinin qazisi olan Röyal Mirzəyev bu gün icra hakimiyyətində qəbulda olub, müalicə olunmasına köməklik edilməsi ilə bağlı müraciət edib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, bilinmir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az