Qəbələdə baş verən qətlin yeni detalları məlum oldu

Qəbələdə baş verən qətlin yeni detalları məlum oldu
Ağababayev Vasiflə həyat yoldaşı Afət və onun atası Həsənağa arasında daha öncə də münaqişələr baş verirmiş

Qəbələdə baş verən qanlı hadisənin təfərrüatları məlum olub. Xatırladaq ki, Qəbələdə Böyük Pirəli kənd sakini 35 yaşlı Ağababayev Vasif Akif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 32 yaşlı Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb.

Boynundan və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib. Afət Ağababayevanın bir azyaşlı uşağı qalıb. Yaxınlarının sözlərinə görə, həmin gün mərhumun ad günü olub. Hadisə isə qısqanclıq zəminində baş verib. Həmçinin mərhum, qatil və mərhumun atası arasında daha öncə də münaqişələrin baş verdiyi bildirilir.  Qeyd edək ki, hadisəni törədən şəxs tutulub. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir. //İstipress
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az