Qərb Rusiyanın maliyyə sektorunu çökdürməyə yönəlik sanksiyalarını gücləndirəcək

Qərb Rusiyanın maliyyə sektorunu çökdürməyə yönəlik sanksiyalarını gücləndirəcək

Rusiyadan çıxarılan pulların mütləq əksəriyyətinin Rusiyaya qayıtma perspektivi yoxdur

Putin milyonçuları başına yığıb az qala yalvardı ki, Avropa və Amerikadakı pullarınızı gətirin ölkəyə, sizə yuxuda görmədiyiniz güzəştlər tətbiq ediləcək. Rus milyonçularının xaricdəki kapitalının həcmiylə bağlı təxmini qiymətləndirmə nə qədərdir? Sizcə Putin milyonçuları inandıra biləcəkmi?

İqtisadi və Sosial İnnovasitalar İnstitutunun rəhbəri Əli Məsimli  Moderator.az -ın bu sualın belə cavablandırdı:

“Kapital,mahiyyət etibarı ilə çox qorxaqır. Ona görə də onu gözləyən təhlükələrə bir qayda olaraq çox həssaslıq göstərir,daim təhlükəli yerlərdən onun özünü yaxşı hiss  edən  və daha çox gəlir gətirən yerlərə və sahələrə axır.Ukrayna ətrafındakı olaylardan dolayı  Rusiya ilə Qərb arasında qarşıdırma  başlanandan  Rusiyadan kapital axını daha da güclənib və 100 milyard dollarla ölçülür.Bu həm xarici investorların, həm də rus oliqarx və milyonçularının kapitalıdır.Kapital axınının güclənməsi  Rusiya iqtisadiyyatının həm istehsal,həm maliyyə, həm də sosial sektoruna cıddı ziyan vurub və vurmaqda davam edir.Buna baxmayaraq Rusiya Ukraynaya qarşı siyasətindən nəinki geri çəkilmək, heç həmin siyasətə Qərbi sakitləşdirəcək korrektələr vermək istyini belə nümayiş etdirmir. Belə şəraitdə Qərb də sanksiyaları,xüsusən də neftin qiyməti ilə manevrlər və maliyyə sektoruna təzyiq xarakterli  sanksiyalar vasitəsilə devalvasiyadan sonra  neftin qiymətinə daha da həssas olan  rublu yaman günə qoyub, Rusiyanın maliyyə sektorunu çökdürməyə yönəlik sanksiyalarını  gücləndirəcək. 2008-ci ilin olaylarnda   rublun kəskin devalvasiyası zamanı olduğu kimi, Rusiya hökuməti  rublun bu dəfəki devalvasiyası  prosesinin nəzəri baxımdan məlum üstünlüklərindən praktikada istifadə  edə bilmir. Həmin üstünlüklər qiymətlərin və xərclərin artıması nəticəsində itirilməkdə davam edir.Ona görə də Rusiya hökuməti ötən ilin sonlarına yaxın  rublun  devalvasiyasının  yaratdığı problemlərlə baş-başa qalıb.Rusiya hökumətinin həmin problemləri həll etməkdən ötrü  həm intellektual,həm praktiki, həm  də maliyyə baxımından  imkansızdı....Rusiya mərkəzi Bankının valyuta ehtiyatı  orta müddətə belə rublun nisbi sabitliyini  təmin etməyə yetərli qədər deyil.Digər tərəfdən Rusiya bu il 120 milyard dollar borc qaytarmalıdır.Ölkənin aparıcı şirkətləri maliyyə və texnika sarıdan çatışmazlıqları əvvəllər olduğu kimi Qərb mənbələri hesabına örtə bilmir.Ona görə də  bu cür problemlərin həlli, xüsusən də rublun sabitliyinin təmin edilməsi və  iqtisadiyyatı staqnasiyadan çıxarmağın ümidi qalıb  oliqarxların  xaricdəki pullarına.
Ekspert qiymətləndirmələrinə inansaq, həmin pullar 100 milyard dollarla ölçülən  məbləğlədir. Amma təcrübə göstərir ki,Rusiya kimi ölkələrdən çıxarılan pulların böyük əksəriyyəti geri qayıtmır. Bu baxımdan Rusiya prezidentinin oliqarxları onların Avropa və Amerikadakı pullarını Rusiyaya gətirmələri barədə  çağırışı həmin vəsaitlərin yalnız qaytarılması qismən mümkün ola bilən hissəsinə münasibətdə  müəyyən dərəcədə nəsə hasil edə bilsə də,əks prosesin, yəni Rusiyadan  böyük həcmli kapital axınının fonunda çox simvolik  bir göstəricilərlə ifadə oluna bilər....Ona görə də Rusiyadan çıxarılan   pulların mütləq əksəriyyətinin  Rusiyaya qayıtma perspektivi yoxdu.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az