Qəzzaya görə hamımız günahkarıq - Obama

Qəzzaya görə hamımız günahkarıq - Obama

Fələstin-İsrail münaqişəsinə hər kəs bu və ya digər dərəcədə şərikdir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Barak Obama "Pod Save America” nəşrinə müsahibəsində deyib.

"HƏMAS-ın etdikləri dəhşətli idi və bunun üçün heç bir bəhanə yoxdur. İşğalın və fələstinlilərin başına gələnlərin dözülməz olduğu da doğrudur”, - deyə Obama bildirib.

O, mülki şəxslərin fələstinli yaraqlıların hücumu ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Sabiq prezident əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin həlli üçün bütün həqiqət tanınmalıdır.

"Heç kimin əli təmiz deyil, hamımız bu və ya digər şəkildə şərikik”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az