Qiyas İbrahimov, Bayram Məmmədov və İlkin Rüstəmzadə əfv olunublar

Qiyas İbrahimov, Bayram Məmmədov və İlkin Rüstəmzadə əfv olunublar

Prezident İlham Əliyevin İmzaladığı əfv sərəncamı ilə bəzi məhkumlar azadlığa buraxılıb.

Əfv olunanlar arasında "Nida" hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov, İlkin Rüstəmzadə də var.

Qeyd edək ki, NİDA hərəkatının üzləri Qiyas İbrahimov və Bayram Məmmədov narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunublar. Onların hər ikisi  10 il müddətinə azadlıqdan məhrum edilib.

İlkin Rüstəmzadə isə 2013-cü ilin mayında həbs olunub və Cinayət Məcəlləsinin bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə ittiham edilib.

2014-cü il mayın 6-da 8 illik həbs cəzası alıb.

Qeyd edək ki, sərəncam 431 şəxsə şamil olunub./ONA/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az