Vətəninfo.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) 7 milyard 543,1 milyon manatlıq əməliyyat aparılıb.
Fins.az-ın BFB-yə istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5% çoxdur. Əqdlərin sayı isə 29%-dən çox artaraq 5260-a çatıb.
10 ay ərzində fond bazarının 54,1%-i və yaxud 4 milyard 82,3 milyon manatlıq hissəsi dövlət qiymətli kağızlar bazarının payına düşüb. Bu da ötən ilin eyni dövrünə nisbətən 14,9% azdır. Korporativ qiymətli kağızlar bazarının payı isə 3,5 dəfə artaraq 3 milyard 460,8 milyon manata çatıb.
Dövlət sektorunda ən ciddi artım Mərkəzi Bankın notlarının təkrar bazarında qeydə alınıb – bu bazar 7,12 dəfəlik artımla 312 milyon 809 min manat olub. Özəl sektorda isə ən ciddi artım korporativ istiqrazların ilkin bazarında qeydə alınıb – 20,23 dəfə. Bu bazarın həcmi 1 milyard 895 milyon manat təşkil edib. İlkin səhm bazarı isə 2,39 dəfə artaraq 837,3 milyon manat olub.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib