QMİ sədri: “Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz”

QMİ sədri: “Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz”

"Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz”.

Miq.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

"Hesab edirəm ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır. Din adamları müharibə üçün yox, sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir və din adamlarının siyasətə qarışması doğru deyil. Biz erməni kilsəsini dostluğa çağırırıq”, - deyə QMİ sədri bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az