Qobuda market işçilərini daşıyan maşın qəzaya uğradı - 2 ölü
Abşeronda ağır-yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Qobu qəsəbəsində qeydə alınıb. "VAZ-2107” markalı avtomobillə "VAZ-21099” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə "VAZ-2107”nin sürücusü və "VAZ 21099"da olan qadın sərnişin hadisə yerində dünyasını dəyişib.
Hadisə zamanı habelə daha bir neçə nəfər - 2003-cü il təvəllüdlü Sultanova Nisə Kazım qızı, 1988-ci il təvəllüdlü Xəlilova Sevinc Sahil qızı, 1971-ci il təvəllüdlü Nəsibova Arzu Xanoğlan qızı, 1995-ci il təvəllüdlü Məlinova Günel Mustafa qızı xəsarət alıblar.
Qeyd edək ki, xəsarət alanlar Lökbatanda yerləşən "King market"in işçiləridir.
Şahidlərin sözlərinə görə, qəzaya "VAZ- 2199”un sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Miq.Az