Qonşuda azərbaycandilli məktəb bağlandı, narazılıq yarandı

Qonşuda azərbaycandilli məktəb bağlandı, narazılıq yarandı
Gürcüstanın Marneuli rayonunun doqquz illik Axlımahmudlu kənd orta məktəbi iki ildir fəaliyyət göstərmir.

Miq.Az xəbər verir ki, bu barədə Report-a Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov məlumat verib.

Onun sözlərinə görə, kənd sakinləri məsələ ilə bağlı ona müraciət ediblər: "Azərbaycandilli məktəbin bağlanmasına səbəb qəzalı vəziyyətdə olmasıdır. Məktəbdə Axlımahmudlu ilə yanaşı, Yenikənd kəndinin də şagirdləri təhsil alıb. Hazırda şagirdlər qonşu kəndlərin məktəblərinə getməyə məcbur olurlar ki, bu da hər iki kəndin sakinlərinin narazılığına səbəb olub”.

Ə.Bədirov bildirib ki, son 3-4 il ərzində kənd sakinlərinə təhsil müəssisəsinin təmir-bərpası və ya yeni məktəbin inşası ilə bağlı bir sıra vədlər verilib: "Lakin bu günə qədər məktəbin təmiri məsələsində heç bir irəliləyiş yoxdur”.

Hüquq müdafiəçisi deyib ki, Axlımahmudlu kənd məktəbi ilə bağlı məsələ aidiyyəti qurumların diqqətinə çatdırılacaq.

Qeyd edək ki, birmərtəbəli təhsil müəssisəsi sovet illərində inşa olunub və əsasən taxtadan ibarətdir. Məktəbdə 100-dən çox şagird təhsil alıb, 20-yə yaxın müəllim çalışıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az