"Açıq-saçıq olmaq xoşuma gəlir. Çünki..." - Müsahibə

"Açıq-saçıq olmaq xoşuma gəlir. Çünki..." - Müsahibə

Safura Əlizadənin "Vətəninfo.az"a verdiyi müsahibə:

Moskvaya gedişinin səbəbi nədir?

- Moskvaya gedişimin səbəbi dincəlməkdir.

Necə müddətdir ki, oradasan?

- 1 həftəlik gəlmişəm

Safura, həyatında kim isə varmı -sevgi məsələlərinin soruşuram?

- Buna mütləq cavab verməliyəm?

Sənin toyunda bəlkə bir çoxları oynamaq istəyir. Ona görə bu sualı verdim.

- Artıq nişanlanacam.

Yəni, bunu başlığa qoya bilərik: “Safura yaxında nişanlanacaq”

- Bircə bunu qoya bilərsiniz. Xahis edirəm başqa heç nə qoymayın.

Nişanlın da sənət adamıdır yoxsa...

- Yox.

Safura bəziləri gündəmə gəlmək üçün nişan, evlilik xəbərləri yayırlar. Sənin buna ehtiyacın varmı?

- Təbii ki, yoxdur.

Bu tip xəbərləri ortaya atanlara necə baxırsan?

- Düzgün olanlara yaxşı, yalan xəbərlər yayanlara pis baxıram .

Səncə müğənni özün insanlara nə ilə sevdirməlidir? Şou-biznesin içərisində olan birisən. Bəziləri var ki, soyunub səhnəyə çıxırlar. Safura özün pərəstişkarlarına necə təqdim etməyi xoşlayır?

- Sadə.

 Səhnəyə açıq-saçıq çıxmağı sevirsən?

- Bəli

 Bunun xüsusi səbəbi varmı ?

- Xeyr. Açıq-saçıq olmaq xoşuma gəlir. Çünki bu mənim öz stilimdir.Özümü Beyonceya oxşadıram.

Olub mu ki, sənə kimsə buna görə irad tutsun?

- Yox. Heç vaxt olmayıb.

Sabah ailə qurduqda həyat yoldaşını razı sala biləcəksən səhnə geyiminlə, yoxsa onun qadağaları ilə raslaşıb bundan imtina edəcəksən?

- Bu sualla hələ cavab verə bilmərəm!

Maraqlıdır “Safura ideal bir qızdır” deyirlər. Sən necə hesab edirsən sevdiyin oğlan idealındakı oğlandır?

- Mənim üçün idealdır.

Hansı xüsusiyyəti onu sənin üçün ideal edir?

- Yaraşığı və ürəyi təmiz olması.

Oxumağına razıdır?

-  Təbii ki, razıdır.

Ailələriniz necə bir-birin tamamlayır?

- Ailələrimiz razıdırlar. Sevdiyim insan nazirin oğludur.

Safura o nazirə necə gəlin olmağı düşünür?

- Mən sevimli gəlin olmağı düşünürəm

Safura, bir az da yaradıcılıq planlarındandan danış. Səni sevənlərə nə sürpiriz düşünürsən? Yeni mahnılar varmı?

- “Sarı gəlin” mahnısına yaxın günlərdə klip çəkdirəcəm.

Son olaraq, Safura maraqlıdır,  ailə qurduqdan sonra neçə uşağın olmasın istəyirsən? Amma səmimi cavab ver: 2-3?

-Niyə də yox (gülür).  Amma hələ ki, 1 istəyirəm



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az