"Arzulanan kişi olmaq ruhumu oxşayır" - Müsahibə

"Arzulanan kişi olmaq ruhumu oxşayır" - Müsahibə

Sevilən müğənni Murat Bozun Türkiyə mətbuatına verdiyi müsahibəni sizə təqdim edirik:

Aparılan anketlərdə ən çox arzulanan kişilərdən birisiniz ...

- Pərəstişkarlarımın münasibətinin səhnədəki enerjimə çox böyük təsiri var. Etiraf etməliyəm ki, bəyənilmək və arzu edilmək əlbəttə mənim də ruhumu oxşayır.

Pərəstişkarlarınızla aranızda baş verən və sizi təəccübləndirən maraqlı hadisələr olur mu?

- Hansı birini izah etsəm ... İstanbuldan qalxıb London konsertimə gələnləri, mənim belə görmədiyim uşaqlıq şəkillərimi tapıb mənə hədiyyə edənləri mi deyim. 

Səhnədə olmaq sizə nələr hiss etdirir?

- Minlərlə adam həmişə bir ağızdan sizin mahnılarınızı 90 dəqiqə boyunca söyləyincə əcayib bir enerji mübadiləsi olur. Bu duyğunu təsvir etmək qeyri-mümkün. Səhnədə olmanın verdiyi həzzi başqa heç bir yerdə ala bilmirəm.

Sizə gələn reklam ya da proqram təkliflərini nəyə görə qəbul edirsiniz?

- Əvvəlcə gələn layihələri mənimsəmək və o layihəyə inanmağım lazımdır. Əgər layihəyə inansam, bu səfər qrupumla görüşüb təklifi birlikdə qiymətləndirirəm və birlikdə qərar veririk.

"MUSİQİ MƏNİM HƏYATIMDIR"

 
Necə bir gələcək planlayırsınız?

- Musiqi mənim həyatımdır. Allah icazə verdiği müddətdə, mümkün olduqca  uzun nəfəsli bu işi etməyi arzu edirəm. Şəxsi həyatımdan da bu ankı halımdan çox razıyam.

Kral Tv Mükafatlarında sevgiliniz Eliz Sakuçoğluna təşəkkür edib onu sevdiyinizi söylədiniz. Bu danışmağı planlamış idinizmi yoxsa?

- Bunu nəcə planlaya  bilərəm ki? Nəticədə o mükafatı alacağımı belə bilmirdim. O an nə hiss etdimsə, onu paylaşdım.

"ELİZ ƏN BÖYÜK DƏSTƏKÇİMDİR"


Eliz xanım necə reaksiya verdi?

- Təbii ki, sürpriz oldu.

Eliz xanım sizin üçün nə ifadə edir desem ...

- İllərdir bir həyatı paylaşırıq və xoşbəxtik. Eliz ən böyük dəstəkçimdir

Məşhur biri olaraq xoşbəxt bir münasibət davam etdirmək çətin deyil?

- Hər zaman uzun müddətli münasibət yaşamışam və belə xoşbəxt olmuşam. Tərsini də sınadım, amma daxili dincliyi bu şəkildə tapdım.

Pərəstişkarlarınızı küsdürməmək üçün evlənmirsiniz?

- Təbii ki, vaxtı gələndə biz də evlənməyi düşünəcəyik. Pərəstişkarlarım mənim qədər Elizi də mənimsəyib.

"HƏLƏ YOLUN BAŞINDAYAM"
 

Murat Boz adı artıq bir marka halına gəldi. Bu vəziyyət sizi qorxutmurmu?

- İlk solo albomumu çıxararkən də bu bazarın içindəydim. Açığı bir az daha hazırlıqlı idim şöhrətə. 

Müvəffəqiyyətinizin sirri nədir?

- Etdiyim işin mənə hər mənada müsbət geri dönüşü mənim üçün bir müvəffəqiyyət simvoludur. Buna konsertlərim, albom satışlarınım, rəqəmsal mühitdə və ictimai platformdakı performanslarım, yer aldığım kampaniyalar da daxildir. Amma həmişə dediyim bir şey var mən hələ yolun başındayım. Daha da yaxşısını etmək üçün məşğul oluram.

6 il ərzində qazandığınız uğurdan razısınızmı?

- Bəli, 6 il ərzində qazandığınız uğurdan çox şadam. Heç bir zaman tələsmədim, məşhurluğum və müvəffəqiyyətim mütənasib artıb. Ancaq əhəmiyyətli olan məşhurluq deyil də, qalıcı olmağı bacarmaqdır. Mənim də bütün hədəfim və kariyer planım bu istiqamətlidir.

Könül İbrahim



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az