Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayır.
Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının Ticarət üzrə Baş müdiriyyətinin bölmə rəhbəri Lyuk Devin Avropa Parlamentində Gənc Liderlərin Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropa üçün mineral yanacaq istehsalçısı, eləcə də bu yanacağın tədarükü üçün tranzit ölkə kimi strateji əhəmiyyət kəsb edir: "Azərbaycan həm də Avropanın mühüm ticarət tərəfdaşıdır. Tərəflər arasında əmtəə dövriyyəsi təqribən 17 milyard dollar təşkil edir. Bununla yanaşı, Azərbaycanın Avropaya ixrac etdiyi əsas məhsul mineral yanacaqdır. Burada onun payı ölkədən Avropa İttifaqına idxalın 90 faizindən çoxunu təşkil edir".
L.Devin qeyd edib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil deyil: "Lakin ölkə təşkilata daxil olmayan digər ölkələrdən fərqli olaraq, zəngin resursları sayəsində iqtisadi sahədə kifayət qədər inkişaf edib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və yeni investisiyaların cəlb olunması üçün biznes mühitinin getdikcə yaxşılaşdırılması istiqamətində iş davam edir".
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib