İqtisadi cəhətdən neft hasilatından asılı olan hər bir dövlət OPEC-ə üzv olmaq üçün təşkilata müraciət edə bilər. Bunu "Report"a açıqlamasında OPEC-in media üzrə icraçı direktoru Eytne Trinor (Eithne Treanor) deyib.
"İqtisadi cəhətdən neftden asılı olan hər kəs OPEC-ə üzv olmaq üçün müraciət edə bilər. Lakin OPEC-ə daxil olmayan bir qrup qaz və neft istehsalı ilə məşğul olan ölkələrdə də inkişaf gedir. Onlarla tez-tez məsləhətləşmələr və söhbətlər aparılır. Amma üzvlük qərarı sadəcə olaraq fərdi dövlətlər üçün nəzərdə tutulub", - deyə E.Trinor bildirib.
Azərbaycanın perspektivdə OPEC-ə üzvlüyü məsələsinə gəlincə, təşkilat rəsmisi bunun mümkün olduğunu deyir: "Neft və qaz istehsalı Azərbaycan iqtisadiyyatının özəyidir. Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, ölkənin iqtisadi durumu ümumi ixracının 90%-dən çoxunu təşkil edən neft və qaz əsasında formalaşan enerji ixracından asılıdır".
Xatırladaq ki, OPEC-ə üzv olan hər bir ölkə üçün neftin gündəlik minimum istehsal həcmi 800 min bareldir.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib