"Azneftyağ" neft emalı zavodu bağlandı

"Azneftyağ" neft emalı zavodu bağlandı

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azneftyağ" neft emalı zavodunun ləğv olunduğunu və onun Heydər Əliyev adına Bakı Neft Emalı zavodu ilə birləşdirildiyini elan edib.

Vətəninfo.az-ın məlumatına görə, bu barədə ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov mətbuat konfransında deyib. Məlumata görə, şirkətin 24 dekabr 2014-cü il tarixli əmri ilə “Azərneftyağ” neft emalı zavodunun 1 yanvar 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb.

SOCAR-ın kadr, rejim və texnologiyalar üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, NEZ-lərin fəaliyyəti zamanı təkrarlanan bəzi biznes prosesləri əlavə xərclər tələb edir və bu da öz növbəsində iqtisadi cəhətdən qeyri-səmərəli hesab olunur. Bu qərar məhz buna görə qəbul edilib.

“Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilməsi orada çalışan işçilərin kütləvi şəkildə sərbəstləşməsinə səbəb olmayacaq.

Həmin zavodun istehsalat qurğuları və istehsal sahələri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun tərkibində fəaliyyət göstərəcək və orada çalışanlar BNEZ-də fəaliyyətini davam etdirəcək. Lakin yeni qurumda bəzi rəhbər işçilərin çalışmasının mümkünsüzlüyü də istisna edilmir. Onlara da ixtisaslarına uyğun iş təklif olunacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az