“Xalam oğlu Füzuli İsgəndərovun qətlindən sonra biz ciddi sarsıntılar keçirdik. Ailə içərisində belə hadisənin olması çox pisdir. Ancaq onu da deyim ki, cinayətkar hər yerdə ola bilər. Cinayətkarın vətəni olmur”.
Vətəninfo.az xəbər verir ki, bunu Modern.az saytına eksklüziv açıqlamasında sabiq maliyyə naziri Əvəz Ələkbərov xalası oğlu Füzuli İsgəndərovun amansızlıqla qətlə yetirilməsindən danışarkən deyib.
O bildirib ki, cinayətkar öz cəzasını almalıdır. Sabiq nazir xalası oğlunun şəxsi həyatı ilə bağlı bəzi məlumatlar da verib: “O, uşaq yaşlarında anasını itirmişdi və yetim böyümüşdü. Zəhmətkeş bir adam idi. O, ailəsini, uşaqlarını çox sevirdi, ailəcanlı idi”.
Əvəz Ələkbərov qeyd edib ki, xalası oğlu öldürüləndə Azərbaycanda olmayıb.
“O zaman mən Madriddə idim. Bir müddət mənə onun ölüm xəbərini demədilər. Xalam oğlu basdırılandan sonra xəbər tutdum ki, qətlə yetirilib. Çox narahatlıq keçirdik ki, onu kim və hansı səbəblərə görə öldürüb”.
Keçmiş nazir xatırladıb ki, hazırda bu qətllə bağlı istintaq gedir və müəyyən insanlar həbs edilib.
Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də Bakıda xüsusi amansızlıqla qətlə yetirilib. Bakı şəhər Prokurorluğu və Nizami rayon Polis İdarəsi əməkdaşlarının apardığı araşdırmalardan sonra belə nəticəyə gəlinib ki, qətli mərhumun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova törədib.
Füzuli İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışıb.
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT
Tahir Kərimli: “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi”
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Elman Nəsirov: “Almaniyada məskunlaşan cılız insanların siyasi oyunbazlığının heç bir mənası yoxdur”
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?