Müəyyən zamanlarda beynəlxalq təşkilatlar, bəzi dövlətlər Azərbaycana qarşı aktivlik göstəriblər. İndi də Avropa Oyunları dövründə Azərbaycana qarşı kampaniya aparılır. Bu, normal haldır. Bildiyiniz kimi, Soçi Olimpiadası keçiriləndə Rusiyaya qarşı kampaniya aparırdılar. Bu cür münasibət Braziliyada, Çində mühüm tədbirlər keçirilən zamanı da olub. Sanki belə tədbirlər beynəlxalq təşkilatlar üçün fürsət yaradır ki, öz maraqlarını ifadə etsinlər".
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar bir neçə qeyri-hökumət təşkilatının nümayəndəsinin həbsini əsas göstərərək Azərbaycana qarşı kampaniya aparırlar: "Hər kəs bilir ki, həmin şəxslər nəyə görə həbs edilib. Azərbaycan istintaq orqanlarının şübhələri var ki, həmin şəxslər maliyyə fırıldaqlığı ilə məşğul olublar. Həbs edilən şəxsləri müdafiə edən beynəlxalq təşkilatlar, həm də öz maraqlarını müdafiə edirlər. Lakin bu məsələdə son sözü məhkəmə deyəcək".
Ç.Əsgərov deyib ki, Azərbaycanda bütün istiqamətlərdə insan hüquqları üzrə nailiyyətlər əldə edilib. O vurğulayıb ki, ölkədə məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi ilə bağlı da mühüm tədbirlər həyata keçirilib: "Azərbaycanda qanunun aliliyi mövcuddur. Yəni, müstəqil məhkəmələr insan hüquqlarını təmin edir"
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”