"O tələbələrin yarıdan çoxunu fəthullahçılar ələ keçirdilər"

"O tələbələrin yarıdan çoxunu fəthullahçılar ələ keçirdilər"

Türkiyədə oxuyan üç tələbəmizin PKK-nın sıralarına qoşulması haqda xəbər ölkə gündəmini zəbt etdi.

Türkiyədə oxuyan və bu ilin aprel ayında yoxa çıxan üç tələbənin PKK-nın tərkibində döyüşməsi barədə video internetdə yayımlandı. Videodan dərhal sonra araşdırma aparıldıqda məlum oldu ki, Azərbaycanın Türkiyədəki səfirliyi oraya oxumağa gedən tələbələr arasında ayrıseçkilik salır, dövlət hesabına oxuyan tələbələrdən başqa heç bir tələbənin problemləri ilə maraqlanmır. (Bununla bağlı geniş araşırmamızı yaxın günlərdə oxucularıma təqdim edəcəyik).
Vətəninfo.az Ölkə.az-a istinadən xəbər verir ki, bu hadisəni keçmiş təhsil naziri Firudin Cəlilov şərh edib.
Firudin Cəlilov: "Təhsil millətin gələcəyidir, strateji sahədir. Həmişə dövlətin nəzarətində olmalıdır, dövlətin qayğısını görməlidir. Təssüf ki, bizdə təhsilə dırnaqarası baxırlar. Təhsili, təhsildən başı çıxmayan adamlara tapşırırlar, hamısı bunun fəsadlarıdır. Tələbələrimizin qruplara qoşulmasının səbəblərindən biri odur ki, bizim tədris proqramlarında vətənpərvərlik mövzusunun ancaq şkli çəkilir, ruhlara aşılanmır vətənpərvərlik. Vətənpərvər böyümüş gənc gedib PKK-ya qoşulmaz. Əsas səbəb odur ki, xaricə oxumağa gedən tələbələr dövlətin qayğısını görməlidirlər. Bu bizim də başımıza gəlib. Nazir olan vaxt Türkiyəyə iki min tələbə göndərdim. O tələbələrin yarısından çoxusunu fətullahçılar öz təsiri altına alaraq ələ keçirdilər. Artıq biz o tələbələri itirdik. Ona görə ki, onlar artıq müəyyən idyalogiyaya xidmət edən insanlara çevrildilər. Səbəb o idi ki, o tələbələr nəzarətsiz qaldılar. Nazir olan zaman hərdən ora gedib baş çəkirdim. Sonradan Türkiyəyə göndərdiyim tələbələrin problemləri ilə məşğul olmaq üçün nümayəndə gönərdik.
O zaman Fətullahçılar idi, indi də solçu adı ilə terrorist hazırlayan qruplar tələbələrimizi ələ keçirirlər. Əgər PKK-nın tərkibində döyüşən üç nəfər tələbəmiz varsa, İŞİD-in tərkibində döyüşən bəlkə də 300 tələbəmiz var. Bunlar hamısı kompeks şəkildə təhlil olunub araşdırılıb, nəticə çıxarılmalıdır. Təhsil, gənclik bizim gələcəyimizdir. Biz onları itirə bilmərik.
Burada səfirliyimizin də günahı var. Elə səfir göndərməlidirlər ki, milli, dövlətçi, vətənpərvər adam olsun. Stolunu güdən adamdan nə səfir ola bilər? İçərisində millət sevgisi olmayan insanı məmur vəzifəsinə qoymazlar".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az