Rusiya Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski İŞİD-ə qoşulan qafqazlı terrorçuların bölgə üçün ciddi təhlükə olduğunu açıqlayıb.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, koalisiya qüvvələrinin İŞİD-ə qalib gəldikdən sonra terrorçuların vətənlərinə dönəcəyini deyən politoloq əsas prosesin bundan sonra başlayacağını bildirib:
“Geri dönən terrorçular Qafqazı qan çanağına döndərəcək. Mən buna əminəm”.
Türkiyənin İŞİD-ə qarşı mübarizədə ikili standartlar tətbiq etdiyini deyən rus mütəxəssis bölgə ölkələrinin vahid mövqe nümayiş etdirmədiyini vurğulayıb:
“İran şiə məzhəbi fonunda mübarizəyə qoşulub. Türkiyə PKK-nı zəiflətmək üçün İŞİD və Suriya kürdləri arasında nifaq salır. Türkiyə xüsusi xidmət orqanlarının İŞİD ilə əlaqəsi var”.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan üçün Suriya lideri Bəşər Əsədin başlıca düşmən olduğunu deyən rus mütəxəssis Türkiyənin müxalif qüvvələrə aktiv yardım etdiyini iddia edib:
“Ərdoğan keçmişdə olduğu kimi, indi də Suriya müxalifətinə dəstək verir, digər tərəfdən isə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrini dəstəklədiyini deyir. Beləliklə, Ankara İŞİD ilə mübarizədə ikili yanaşma sərgiləyir”.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...