"Xəzər Lənkəran"da daha bir itki

"Xəzər Lənkəran"da daha bir itki

Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Bakı" ilə cavab oyunu öncəsi "Xəzər Lənkəran" daha bir itki ilə üzləşib. Cənub təmsilçisinin xorvatiyalı yarımmüdafiəçisi Marin Orsuliç sabahkı qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Bu barədə Sportinfo.Az-a futbolçu özü məlumat verib. "Bakı" ilə paytaxtdakı oyunda sarı vərəqə görən Orsuliç cəzalı vəziyyətə düşüb. Bu, onun kubok matçlarında aldığı ikinci "sarı"dı.

Xatırladaq ki, Marindən başqa, Alvaro Silva, Dmitrios Sialmas və Adrian Pitin də "Bakı"ya qarşı oynayıb-oynamayacaqları sual altındadı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az