“Qurani-Kərim” Azərbaycan dilində qafiyəli nəsrlə çap olunub

“Qurani-Kərim” Azərbaycan dilində qafiyəli nəsrlə çap olunub
Azərbaycanda "Qurani-Kərim” qafiyəli nəsrlə çap olunub.

Miq.az xəbər verir ki, kitabın müəllifi Şıxbala Bayramov APA-ya açıqlamasında bildirib ki, "Qurani-Kərim”in qafiyəli janrda təqdimatı Azərbaycanda yenilikdir: "Əslində "Qurani-Kərim” ərəb dilində məhz elə şeir janrında yazılıb. Sadəcə, onu bu janrda tərcümə etmək çox çətindir. Mən bu günə qədər olan bütün tərcümələrdən və öz qeydlərimdən istifadə etməklə "Qurani-Kərim”i olduğu ki, yəni qafiyəli janrda oxuculara təqdim etdim. Həmdə bu janrda oxucular "Qurani-Kərim”i daha aydın başa düşəcəklər”.

Ş. Bayramov həmçinin qeyd edib ki, kitab elektron və çap variantlarda kitabxanalara təqdim edilib.
 


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az