Qurban bayramının namaz vaxtı AÇIQLANDI

Qurban bayramının namaz vaxtı AÇIQLANDI
Qurban bayramının namaz vaxtı açıqlanıb.

Miq.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zülhiccə ayının 10-na – Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcək.

"Şəriətə uyğun olaraq Qurban kəsimi 6 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 6-da məscidlərimizdə Bayram namazları qılınacaq. Аzərbаycаndа 6-7 iyun Qurbаn bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilib", - fətvada bildirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az