Qurban Məmmədov Akif Çovdarovu müdafiə etdi - O qurbanlıqdı...

Qurban Məmmədov Akif Çovdarovu müdafiə etdi - O qurbanlıqdı...
Mən Akif Çovdarovu cinayətkar hesab eləmirəm. O, əsl zərərdidədir-qurbandır.

Fikir verin: A.Çovdarov, bir çox nazirlərdən, komitə rəhbərlərindən, idarə müdirlərindən, prokurorlardan, hakimlərdən, "iribuynuzlu məmurlardan" (vətəndaşlarımız məni bağışlasın, bu adamlar özlərini məhz mal-qara kimi aparıblar), iş adamlarından milyonlarla xərac alıb. Bir kişi bu barədə Prezidentə şikayət etməyib, xəbər verməyib.
Niyə? Mümkün versiyalar:

1. Prezident soruşarmış ki: "bu qədər pulu haradan alıbsan?".
2. Güman ediblər ki, prezident bu barədə bilməmiş olmaz. Axı ola bilməz ki, bu miqyasda xərac toplansın, məsələn, ailəyə xidmət göstərən Kərəm Həsənovdan milyonlar alınsın, o da Prezidentə xəbər verməsin.
3. Alınan pulların hansısa fonda köçürüldüyünü güman etdiklərindən susmağa üstünlük veriblər.
4. Şikayətin daha ağır nəticələr verəcəyini bilirmişlər.
5. Akif Çovdarovun çox nüfuzlu bir adamın və ya qurupun rəhbərliyi altında fəaliyyət göstərdiyini bilirmişlər.
6.Haqlarında olan porno-filmin, hansısa şantaj materialının yayılmasından qorxublarmış.

Səbəbindən asılı olmayaraq, Azərbaycanı idarə edən vəzifəli şəxslərin əkssəriyyətinin nə qədər əxlaqsız, qorxaq, nakişi, şəxsiyyətsiz olduqları ortada.
Belələrindən nə Azərbaycanın Prezidentinə, nə də kiməsə arxa çıxmaz. Bunlar öz şəxsiyyətlərini qoruya bilmirlərsə, ağır məqamda Prezidentin də arxasından qaçacaqlar. Konstitusiyada dəyişiklik etməkdəndirsə, komandada dəyişiklik edilsə, daha məqsədəuyğun olar. Dövləti bu əxlaqsız, şəxsiyyətsiz və qorxaq "kişiciklər"dən təmizləmək lazımdır.

Bilirsinizmi niyə?

Birdən bu Akif Çovdarov erməni kəşviyyatının adamı olmuş olsaydı, onda dövlətimizi nələrin gözlədiyini dərk edirsinizmi? Bu məmurların nəslini kəsmək lazımdır ki, torpağımız belələrilə bir daha murdarlanmasın.
Akif Çovdarov onlardan  kişi adammış.
 
Yazı Qurban Məmmədovun "Facebook" səhifəsindən götürülüb. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az