“Barselona”nın baş məşqçisi Xosep Qvardiola bu gün Bakı vaxtı ilə saat 23.00-da Madrid “Real”ına qarşı keçiriləcək İspaniya çempionatının oyunu ilə əlaqədar mətbuat konfransı keçirib. “Vətəninfo”nun “Qol.Az”a istinadən verdiyi xəbərz görə, Qvardiola bildirib ki, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər: “Real” bir neçə gün əvvəl Çempionlar Liqasında qarşılaşdığımız “Çelsi”dən fərqli olaraq, müdafiədə daha az oynayır. “Real” güclü və hər zaman yaxşı futbol oynayan komandadır. Bizə problem yarada bilərlər. İndi aramızda dörd xal fərq var. Amma qələbə qazansaq, çempion olacağımızı düşünürəm. Hər hansı xal itirsək isə “Real”ı çempionluğa görə təbrik edəcəyəm”. Qvardiola qeyd edib ki, “Barselona”nın oyun sistemi bütün rəqiblərinə problem yarada bilir: “Real” daha çox cinahlardan oyun qurmağa üstünlük verəcək. Eyni zamanda hava toplarıyla oynamaqla hücum qurmağa çalışacaqlar. Bunu əngəlləmək üçün matçda topun bizdə daha çox qalması lazımdır”. Qvardiola “Real”la oyun ərəfəsində komandada bəzi futbolçuların xırda zədələri olduğunu da deyib: “Aleksis Sançes məşqə çıxsa da, ağrıları davam etməkdədir. Dünənə nisbətən bu gün daha yaxşıdır. Sabah zədəsinin düzəlməsində yenə inkişaf ola bilər. Amma oynayıb-oynamayacağı hələ bilinmir. Puyol və Maskerano isə hazırda oynaya bilərlər. Pikeni “Çelsi”ylə matçda yüngül zədəsinə görə oynatmamışdım. Onun durumunda bir sıxıntı yoxdur”.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...