Ramil Usubov generalın oğlunu yeni vəzifəyə təyin etdi

Ramil Usubov generalın oğlunu yeni vəzifəyə təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Miq.Az ONA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.

Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlu, Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.

Qeyd edək ki, 13-cü polis bölməsinin bundan əvvəlki rəis müavini, polis mayoru Mehman Əsədov bu ilin fevral ayında ölkədən qaçarkən tutulub. O, dələduzluqda ittiham olunur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az