Ramil Usubov saxta vəsiqə satan polkovniki qovdu

Ramil Usubov saxta vəsiqə satan polkovniki qovdu

Azərbaycanda polis rəisi xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.

Miq.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev mövcud qanunvericiliyinin tələblərini kobud şəkildə pozduğu üçün daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Hazırda nazirlik tərəfindən idarədə daxili yoxlama aparılır.


Məlumata görə, K.Quliyev 10-dan çox xarici vətəndaşa saxta yolla Azərbaycan dövlətinə məxsus şəxsiyyət vəsiqəsi satıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az