Vətəninfo.az "Report" a istinadla xəbər verir ki, sənətkarın 67 yaşı tamam olur.
Doğum gününü evində, dostlarının əhatəsində qeyd edən Ramiz Əzizbəyli "Report"a açıqlamasında səhhətinin normal olduğunu bildirib: "Bu dəqiqə kefim əladır. Dostlarım yanımdadır. Məni xüsusi sevindirən Cahangir Novruzovun yanıma gəlməsidir. Məni təbrik etməyə, halımı soruşmağa gəlib. Belə gözəl dostların yanında necə pis olmaq olar? Səhərdən telefon susmur. Ad günümlə bağlı məni təbrik edənlər çoxdur. Təbrik edənlərin hamısına təşəkkür edirəm".
Xatırladaq ki, Ramiz Əzibəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. M.A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə "Debüt" studiyasının çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalında isə rejissor debütünə görə mükafata layiq görülüb.
R.Əzizbəyli 1991-ci ildə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və Azərbaycanın yeni tarixində çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”