Ramiz Mehdiyev YAP-ın iclasına niyə çağırılmadı?

Ramiz Mehdiyev YAP-ın iclasına niyə çağırılmadı?
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib.

Miq.az Unikal-a istinadla xəbər verir ki, iclasın gündəliyinə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi daxil edilib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev iclasa qatılanlar arasında görünməyib.

"Məni bu iclasa dəvət etməyiblər. Səbəbini bilmirəm. Düzünü desəm, bu barədə məlumatım yoxdur. Maraqlandığınız üçün çox sağ olun”, - deyə R. Mehdiyev məsələyə münasibət bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az