Ramiz Mehdiyevin general oğluna qadağa qoyuldu

Ramiz Mehdiyevin general oğluna qadağa qoyuldu



Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin işdən çıxarılacağı iddia olunsa da, bu xəbərlər təsdiqini tapmadı.

"Yeni Sabah”ın əldə etdiyi məlumata görə, anasının və həyat yoldaşının işdən çıxarılmasına baxmayaraq, oğul Mehdiyev vəzifəsinin icrasını davam etdirir.

General-mayor Teymur Mehdiyev hər gün işdə olsa da, ona bəzi məhdudiyyətlər tətbiq olunub. Mehdiyevin nazirliyin struktur bölmələrində keçirilən iclaslarda iştirakının məhdudlaşdırıldığı, eyni zamanda vətəndaş qəbulunun da ləğv edildiyi bildirilir.  

Qeyd edək ki, Teymur Mehdiyev 5 may 2014-cü ildən fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az