Rayon maşınları ilə bağlı yeni qadağa

Rayon maşınları ilə bağlı yeni qadağa
Avtomobillər paytaxtda saat 20:00-dan səhər saat 07:00-a qədər hərəkət edə bilər
 Bakıda yol polisi reydlərə başlayıb. Bu barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsindən bakuws-ə verilən məlumata görə, dünəndən başlayan reydlər rayon qeydiyyatı olan avtomobillərə görə keçirilir. Reydlər zamanı gündüz saatlarında Bakı küçələrində hərəkət edən rayon qeydiyyatlı avtomobillər saxlanılır. Sürücülər cərimələnir və maşın dərhal cərimə meydançasına aparılır. İdarədən bildirdilər ki, rayon qeydiyyatı olan avtomobillər paytaxtda saat 20:00-dan səhər saat 07:00-a qədər hərəkət edə bilər. Əks təqdimdə şəhərdə rayon nömrəsilə avtomobillər saxlanılacaq.
Avtosfer.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az