Rəfael Cəbrayılova Milli Məclisdə izahat yazdırdılar - DEPUTATA GÖRƏ PARLAMENT İKİYƏ BÖLÜNÜB

Rəfael Cəbrayılova Milli Məclisdə izahat yazdırdılar - DEPUTATA GÖRƏ PARLAMENT İKİYƏ BÖLÜNÜB
Milli Məclisin adı tez-tez qalmaqallarda hallanan deputatı Rəfael Cəbrayılovun növbəti borc olayı onun mandatını təhlükə altında qoyub.

Belə ki, deputat mandatını pul əvəzində girov qoyan R.Cəbrayılovun sonradan onu ifşa edən video və səs yazısı yayılıb.

Bəzi iddialara görə, Milli Məclisin İntizam Komitəsi Rəfael Cəbrayılovla bağlı toplanacaq. Komitənin verdiyi rəydən sonra onun mandatından məhrum edilməsi plenar iclasa çıxarılacaq.

Gununsesi.org-un araşdırması zamanı məsələ ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.

Hakimiyyətyönümlü deputatın hərəkətinin iqtidarı üçün mənfi rəy yaratdığını iddia edən bəzi həmkarları onun dərhal cəzalandırılmasını tələb edib.

Ancaq Milli Məclisdə Rəfael Cəbrayılovun tərəfarlarının da üzə çıxması məsələni sual altında qoyub.

Belə ki, bir sıra həmkarları şəxsi borc məsələsinə görə onun cəzalandırılmasının əleyhinə çıxıb.

Milli Məclisdə mövqelərin ikiyə bölünməsi deputatın gələcək taleyi ilə bağlı qeyri-müəyyən vəziyyət yaradıb.

Araşdırmamız zamanı o da bəlli olub ki, Rəfael Cəbrayılov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin iş otağında spiker Oqtay Əsədov üçün izahat yazıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az