“Reina” faciəsini törədəni küçənin ortasında döydülər - VİDEO

“Reina” faciəsini törədəni küçənin ortasında döydülər - VİDEO

Sonradan onun terrorçunun oxşarı olduğu məlum olub

Türkiyədə, Yeni il gecəsi "Reina” gecə klubuna hücum edərək 39 nəfərin həyatına son qoyan, 65 nəfəri yaralayan terrorçunun axtarışları davam edir. "CNN Türk"ə istinadən verilən məlumata görə, bu gün sosial mediada terrorçunun Pendik qəsəbəsində, vətəndaşlar tərəfindən yaxalanmasına dair bir video paylaşılıb. Videoda bir nəfərin döyüldüyü görünür. Amma həmin şəxsin axtarılan terrorçu olmadığı, polis bölməsində sorğusundan sonra sərbəst buraxıldığı öyrənildi.

Sosial mediada "Reinaya hücum edən şəxs tutuldu" başlığı ilə paylaşılan videoda, terrorçuya bənzədilən bir şəxsin, vətəndaşlar tərəfindən döyüldüyü görünür.

"Reinaya hücum edən şəxs budur" sözlərinin də eşidildiyi videoda bir qrup şəxs terrorçu olduğu iddia edilən adama küçənin ortasında şiddətli zərbələr endirir. Polis isə həmin şəxsi qəzəbli kütlənin əlindən almağa çalışır. 
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az