Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı velosiped idmanının inkişafına və yaradıcı gənclərin tanıtımına dəstək olmaq məqsədilə velosiped idmanı ilə bağlı rəsm, heykəl və dekorativ sənət növləri üzrə müsabiqə elan edir. Apasport.az saytının məlumatına görə, müsabiqəyə qəbul edilmiş ən yaxşı əsərlər dekabr ayının 24-dən 26-dək Dənizkənarı Milli Park ərazisindəki "Park Bulvar" AVM sərgilənəcək.
Qaliblərin adı dekabrın 24-ü, saat 18:00-da açıqlanacaq. Ən yaxşı 3 əsərin müəllifi müvafiq olaraq 500, 300 və 200 AZN məbləğində pul mükafatına layiq görüləcək. Bundan başqa, digər həvəsləndirici mükafatlar da nəzərdə tutulub. Rəsm əsərlərinin ölçüləri 60x80 sm-dən kiçik olmamalıdır.
Əsərlər dekabrın 20-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatına təqdim edilməlidir. Maraqlananlar (+99455) 284-99-96 və (+99455) 211-37-97 nömrəli telefona zəng edərək ətraflı məlumat əldə edə bilərlər.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib