Rəsmi Ankara: Lavrov Türkiyəyə getməyəcək

Rəsmi Ankara: Lavrov Türkiyəyə getməyəcək
Rəsmi Ankara Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun yaxın zamanlarda Türkiyəyə gələcəyinə dair yayılan iddialara münasibət bildirib.
 
Axar.az xəbər verir ki, Xarici İşlər Nazirliyindəki qaynaqlar belə bir səfərin gündəmdə olmadığını bildirib.
 
Qeyd edək ki, Lavrovun Türkiyəyə gözlənilməz səfəri ilə bağlı məlumatı "Aydınlıq” qəzeti yaymışdı. Prezident Rəcəb Tayyib Ərdoğana yaxın şəxsə istinadən məlumat verən qəzet səfər zamanı ikili münasibətlər, iqtisadi və təhlükəsizlik məsələlərinin müzakirə olunacağını açıqlayıb. 
 
Xatırladaq ki, Lavrovun son Türkiyə səfəri ötən ilin 24 noyabrında sərhədi pozan Rusiya döyüş təyyarəısinin vurulmasından sonra ləğv edilmişdi.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az