“Reuters”: "Şahdəniz" qazı “Nabucco West” kəməri ilə nəql ediləcək

“Reuters”: "Şahdəniz" qazı “Nabucco West” kəməri ilə nəql ediləcək

Müxtəlif mənbələrə istinad edən “Reuters” agentliyinin təhlilinə əsasən Şərqi Avropanın Rusiya qazından asılılığı azaltmaq baxımından “Nabucco West” rəqib layihələrdən daha üstün sayılır. Agentliyin söhbətləşdiyi ekspertlərə görə Rəqib Trans Adriatik boru (TAP) kəmərilə müqayisədə favorit - “Nabucco West”dir. "Demək olar ki, gördüyümüz bütün ssenarilərdə Nabucco West-in seçilməsi ehtimal olunur", deyə boru kəmərini maliyyələşdirən mənbə deyib. (BBC)

Analitik Leslie Palti-Guzman isə deyib ki, boru kəmərinin sahibliyi alıcılardan istehsalçılara keçdiyinə görə “Nabucco West”in tikilməsi ehtimalı daha yüksəkdir. Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniyadan keçəcək “Nabucco” kəməri orijinal layihədə nəzərdə tutulduğundan təxminən iki dəfə qısaldılaraq “Nabucco West” adlandırılıb. Lakin "Nabucco West-ə yaxın olan mənbə" deyib ki, layihənin daha sərfəli olmasına baxmayaraq boru kəmərinin ölçüsü Avropa Birliyinin əsas məqsədi olan müxtəlifliyə nisbətən az nail olacaq.

"Daha az tutum, daha az təchizat müxtəlifliyi və daha az nəzarət o deməkdir ki, layihənin ilkin tələbləri olan daha çox qaz, daha çox müxtəliflik, daha çox Avropa Birliyi nəzarəti kimi tələblərinin heç biri yerinə yetirmir", deyə mənbə deyib.O, daha kiçik kəmərin Azərbaycan üçün əlverişli olduğunu deyib."Azərbaycan rəqib Orta Asiya qazının boru kəmərinə daxil olmasından narahatlıq keçirməməlidir", lakin mənbə dəyişikliklərlə bağlı layihənin gerçəkləşməsinin 2019-cu ilə qədər təxirə salınmalı olacağını deyib.Nabucco sözçüsü Christian Dolezal isə layihənin vaxtında hazır olacağını israr edib.İki layihə arasında seçim iyun ayında gözlənilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az