Robert Levandovski 9 dəqiqəyə 5 qol vurub - VİDEO

Robert Levandovski 9 dəqiqəyə 5 qol vurub - VİDEO

"Bavariya”nın hücumçusu Robert Levandovski yeni rekordlara imza atıb.

Vətəninfo.az-ın Apasport.az-a istinadla məlumatına görə, polşalı futbolçu "Volfsburq”la qarşılaşmada 9 dəqiqə ərzində 5 qolun müəllifi olub.

 Bundesliqanın VI turu çərçivəsində baş tutan qarşılaşmanın fasiləsindən sonra meydançaya daxil olan Levandovski 51, 52, 55, 57 və 60-cı dəqiqələrdə fərqlənərək, bir neçə rekordu yeniləyib. Belə ki, o, Avropada ən tez het-trik (4 dəqiqə), poker (6 dəqiqə) və penta-trik (9 dəqiqə) edən futbolçu adına sahib çıxıb. Levandovski eyni zamanda Bundesliqa tarixində sonradan meydançaya daxil olub 5 qol vuran ilk futbolçu olub.

 Rekordu ilə bağlı qısa açıqlama verən Levandovski bu göstəricini dəlilik adlandırıb: "Mən sadəcə, top ayağıma düşdükcə zərbə vurdum. Belə olacağını düşünmürdüm. Bu, sadəcə dəlilikdi”.

 Qeyd edək ki, "Bavariya” "Volfsburq” üzərində 5:1 hesablı qələbə qazanaraq 6 turdan sonra xallarının sayını 18-ə çatdırıb və liderliyini davam etdirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az