Roma Papası Azərbaycanda səfərdə olub

Roma Papası Azərbaycanda səfərdə olub

"Azərbaycanda bütün dini azadlıqlar tam təmin edilib"

"Azərbaycanda bütün dini azadlıqlar tam təmin edilib".

Ölkəmizdə səfərdə olan Roma Papası Fransisk prezident İlham Əliyevlə görüşündə belə deyib.  Dövlət başçısı və ailə üzvləri ilə görüşdən sonra katolik lideri Heydər Əliyev mərkəzində ictimaiyyətə xitab edib.

Azərbaycana pastoral səfərə gələn Roma Papası Fransiski prezident İlham Əliyev rəsmi mərasimlə qarşılayıb.

Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səsləndirildikdən sonra Roma Papası Fransisk Azərbaycan əsgərlərini salamlayıb. Qarşılanma mərasimindən sonra  prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fransisk ilə görüşüb.

Dövlət başçısı Papanın Azərbaycana gəlişini tarixi səfər adlandırıb.

Roma Papası dünyada baş verən hadisələrin fonunda bu cür səfərlərin böyük əhəmiyyət daşıdığını bildirib.

Sonra prezident İlham Əliyevin ailə üzvləri Roma Papası ilə görüşüblər və hədiyyələr təqdim olunub.

Daha sonra Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri ilə görüş olub.

Tədbirdə çıxış edən prezident İlham Əliyev ölkədə multikulturalizmin bir həyat tərzi olduğunu və bütün dinlərin nümayəndələrinin ləyaqətlə yaşadığını bildirib. Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Papa isə çıxışında bildirib ki, dinlər hər hansı etnik və ideoloji mənsubiyyət zorakılığının əleyhinədir. O, Qafqaz regionunda da bütün münaqişələrin həll olunacağına ümidini ifadə edib.

Miq.az "Xəzər Xəbər”-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az