Rumıniyada növbəti güclü zəlzələ baş verdi

Rumıniyada növbəti güclü zəlzələ baş verdi
Rumıniyanın cənub-qərbində 5,7 bal gücündə güclü zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rumıniyanın Yer Fizikasının İnkişafı üzrə Milli Tədqiqatlar İnstitutu məlumat yayıb.

"14 fevral saat 15:16-da Olteni, Qorj uezdində 40 km dərinlikdə 5,7 bal gücündə zəlzələ baş verdi”, - deyə bildirilib.

Dağıntı və tələfat haqqında məlumat yoxdur.

Qeyd edək ki, ötən gün də Rumıniyada 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınmışdı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az