Rus general helikopter qəzasında öldü

Rus general helikopter qəzasında öldü

Rusiyanın Xabarovsk vilayətində şəxsi helikopter sərt eniş etməyə məcbur olub.

Bu barədə informasiyanı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb. Sərt eniş nəticəsində bir nəfər ürək tutmasından vəfat edib. Onun Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş general-polkovniki olduğu bildirilib. 1946-cı il təvıllüdlü general sonra "Sibur” şirkətində çalışıb.

Qeyd edək ki, helikopter yerə endikdən sonra yanaraq məhv olub. Helikopterdə olan digər iki nəfər isə xəstəxanaya çatdırılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az