Rus ordusu bu əraziləri ələ keçirdi

Rus ordusu bu əraziləri ələ keçirdi

İşğalçılar Belqorod vilayətindən İzyum şəhərinə 79-cı desant-hücum diviziyasının tərkibindən iki taktiki alay qrupu göndəriblər.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, İzyum istiqamətində Şərq Hərb Dairəsinin 1-ci tank ordusu, 20-ci əlahiddə ümumqoşun ordusu, Qərb Hərb Dairəsinin 35-ci əlahiddə ümumqoşun ordusu və 68-ci ordu korpusu ilə hava desant qoşunlarının bölmələri hücum əməliyyatları aparır.

"Düşmən Bolşaya Kamışevaxa qəsəbəsinin şimal-şərq hissəsini ələ keçirib, həmçinin Zavodı qəsəbəsini də nəzarətə götürüb”, - məlumatda qeyd olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az