Rusiya ABŞ-a nota verib

Rusiya ABŞ-a nota verib

"Rusiya ABŞ-a müharibə əməliyyatları gedişatında Ukraynaya silah tədarükünün dayandırılmasını tələb edən nota göndərib”.

Bununla bağlı Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov danışıb.

Antonovun sözlərinə görə, Vaşinqtondan Kiyevə çoxlu sayda silah tədarükü ediləcək ki, bu da məsələnin diplomatik həllinin tapılmasına və bu yöndə vəziyyətin nizamlanmasına heç də öz töhfəsini verməyəcək.

"Biz nota vermişikmi? Bəli. Bu notada ABŞ-ın Ukraynanı silahla təmin etməsini qəbuledilməz hal kimi vurğuladıq və bu təcrübəyə son qoyulmasını tələb etdik”, - deyə Antonov vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "The Washington Post” da Rusiya tərəfinin notası barədə məlumat  vermiş və notanın Vaşinqtondan Kiyevə 800 milyon dollarlıq yeni hərbi yardımın bəyanı fonunda göndərildiyini qeyd etmişdi. 

Mənbə: Lenta.ru


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az