Rusiya böyük ordu birliklərini Cənubi Qafqazdakı poliqonlarına çıxardı

Rusiya böyük ordu birliklərini Cənubi Qafqazdakı poliqonlarına çıxardı

Rusiya Qərb, Mərkəz və Şimal hərbi dairələrindəki böyük ordu və hərbi dəniz qüvvələrinin birləşmələrinin bir qismini Cənub Hərbi Dairəsindəki poliqon və aerodromlara yerləşdirib.

TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiya Departamenti məlumat yayıb. Hərbi birləşmələrin qəfil yerdəyişməsi Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yoxlanılması məqsədilə və sentyabrda keçiriləcək "Qafqaz-2016” strateji təlimi çərçivəsində həyata keçirilir.(APA)

Xatırladılır hərbi birləşmələrin yerdəyişmə prosesi avqustun 25-dən başlanıb və avqustun 31-dək davam edəcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az