Rusiya deputatları Putinin istefasını tələb etdi

Rusiya deputatları Putinin istefasını tələb etdi

Rusiyada bələdiyyə deputatlarının ölkə Prezidenti Vladimir Putinin qəbuledilməz hərəkətlərini bəyan edən yeni müraciəti ortaya çıxıb.

Axar.az xəbər verir ki, müraciəti Sankt-Peterburq deputatı Kseniya Torstrem Tvitter hesabında yayıb.

Moskva, Sankt-Peterburq və Kolpino şəhərlərinin 18 rayonundan olan bələdiyyə deputatları Rusiya Prezidenti Vladimir Putinin istefasını tələb edən ictimai bəyanatla çıxış ediblər.

Torstrem digər bələdiyyə deputatlarını da bu bəyanata qoşulmağa çağırıb:

"Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, Prezident Vladimir Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti vəzifəsindən istefasını tələb edirik!”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az