Rusiya ən böyük hərbi gəmisini döyüşə göndərir
Rusiya donanmasının ən böyük "Admiral Kuznetsov” adlı təyyarədaşıyan gəmisi İŞİD-ə qarşı əməliyyatlar çərçivəsində Suriyaya göndəriləcək.
Axar.az xəbər verir ki, gəmidə Su-33 və MiQ-29K reaktivləri də daxil olmaqla 15 döyüş təyyarəsi, 10-dan artıq döyüş helikopteri iştirak edəcək.
Rusiya hərbi qaynaqlarından TASS-a verilən məlumata görə, gəmidəki hərbçilər Latakiyada yerləşən Hmeymim bazası ilə koordinasiyalı şəkildə çalışacaq.
Payızda Aralıq dənizinin şərqinə göndəriləcək gəmi 2017-ci ilin yanvarınadək Suriya sahillərində qalacaq.
Miq.az