Rusiya Ermənistana 7 milyon dollar ayırdı

Rusiya Ermənistana 7 milyon dollar ayırdı
Rusiya höküməti Ermənistanda məktəblərin qidalanma sisteminin inkişafı üçün 7 milyon dollar ayıracaq. 

Bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev sərəncam imzalayıb. Sərəncama əsasən, Rusiya 2016-2017-ci illərdə bu sistemin inkişafına dair layihənin həyata keçirilməsi üçün Ümumdünya Qida Proqramı Fonduna 7 milyon dollar ödəyəcək.

Bununla bağlı müvafiq sənəd Rusiya hökumətinin hüquqi informasiya portalında yerləşdirilib.

Layihəyə əsasən 7 milyon dolların yarı hissəsi 2016-ci ildə, digər yarısı isə 2017-cu ildə ödəniləcək. /ans press/

Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az