Rusiya Ermənistana silah göndərməkdən imtina edir - İrəvan Moskvanı hədələdi

Rusiya Ermənistana silah göndərməkdən imtina edir - İrəvan Moskvanı hədələdi

Ermənistanla Rusiya arasında növbəti dəfə gərginlik yaranıb. İrəvanla Moskvanın üz-üzə gəlməsinə səbəb Rusiyanın məbləği artıq ödənilmiş silahların tədarükünü gecikdirməsi olub. 

Yenisabah.az xəbər verir ki, Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Andranik Koçaryan bununla bağlı narahatlığını dilə gətirib. Erməni parlamentari əks təqdirdə ölkəsinin buna səssiz qalmayacağını bildirib: 

"İstənilən müqavilədə müddətlər və bu müddətlərin pozulması halında sanksiyalar nəzərdə tutulur”.

Qeyd edək ki, Ermənistanla Rusiya arasındakı gərginlik son bir neçə ayda özünün ən pik nöqtəsinə çatıb. Moskvanın ikitərəfli ziddiyyətlərin dərinləşməsi fonunda pulu ödənilmiş silahları qəsdən Ermənistana vermədiyi ehtimal olunur. 

Analitiklər hesab edir ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransa səfəri məhz bu narahatlıqdan qaynaqlanır. Belə ki, erməni nazirin fransız həmkarı Sebastyan Lekornu ilə görüşünü bu kontekstdə şərh edənlər çoxluq təşkil edir. İddialara görə, S. Papikyanın gözlənilməz Paris səfərinin pərdəarxası məqamı bununla bağlıdır və rəsmi İrəvan arsenalını fransız silahları ilə doldurmaq niyyətindədir. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az