Rusiya hazırlaşır: Ehtiyat qüvvələrin sayı artırılır

Rusiya hazırlaşır: Ehtiyat qüvvələrin sayı artırılır

Rusiya ordusunun ehtiyat qüvvələrinin sayı artırılacaq.

Miq.Az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bununla belə nazirlik Rusiyada ehtiyatda olanların sayının hazırda nə qədər olduğunu və onların sayının nə qədər artırılmasının planlaşdırıldığını açıqlamayıb.

Qeyd edək ki, bundan öncə Rusiya ordusunun Cənub Hərbi Dairəsində 38 min nəfərlik ehtiyat ordu bölməsinin yaradılmasının planlaşdırıldığı bildirilmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az